ULDUZ
Hollivud ulduzu sevgilisinə pul xərcləmirmiş
24-02-2020

Hollivud ulduzu Al Paçinodan 29 yaş kiçik olan keçmiş sevgilisi, aktrisa Meital Dohan ilk dəfə aktyorla ayrılmasının səbəbini açıqlayıb.
Mtv.az xəbər verir ki, nəşrlərin birinə müsahibə verən Dohan aralarındakı yaş fərqinə görə münasibətlərinin sonlandığını bildirib.
O deyib: “Bu yaşda adamla münasibətdə olmaq çətindir. Uzun müddət bunu inkar etməyə çalışdım. Amma başa düşdüm ki, Al Paçino artıq yaşlı bir adamdır. Aramızdakı yaş fərqi çox idi. Belə davam etmək çətindir. Ona olan səmimi məhəbbətimə baxmayaraq, münasibətimiz kifayət qədər sürətlə sona çatdı”.
Aktrisa keçmiş sevgilisinin ona pul xərcləmədiyini də etiraf edib.

151 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Yanvar
26 Yanvar