Roza Somalidən övladlığa uşaq götürmək istəyir
“Kurdlar vadisi”nin aktyoru dünyasını dəyişdi
Aktyor koronavirusdan öldü
Hadisənin ailəsində qalmaqal səngimir

Facebook instagram Twitter Youtube
ULDUZ

Vyanada möhtəşəm konsert verdilər - foto

22-02-2020


Rusiyanın Xalq artisti Anna Netrebko və Azərbaycanın Xalq artisti Yusif Eyvazov Vyanada “Konserthaus“ Mədəniyyət Evinin “Böyük zal”ında geniş konsert proqramı ilə çıxış ediblər.

Mtv.az xəbər verir ki, Avstriyanın ən böyük konsert zallarından biri hesab edilən “Böyük zal“dakı konsert anşlaqla keçib. Konsertin proqramında italyan bəstəkarları Cüzeppe Verdi və Cakomo Puççininin əsərləri yer alıb. Macarıstan Dövlət Operasının Orkestrinin müşayiəti ilə keçən konsertin dirijoru Mikelancelo Mazza olub.

Dünya klassik musiqi səhnəsində özünəməxsus yerə malik cütlüyün konserti tələbkar Vyana musiqisevərləri tərəfindən böyük maraq və vurğunluqla qarşılanıb. Qeyd edilməlidir ki, cütlüyün 2020-ci ildə verəcəyi konsertlər tamamilə italyan bəstəkarların (Verdi, Puççini, Cordano) əsərlərindən ibarət olacaqdır. Operasevərlər yaxın müddətdə Hamburq və Berlində dünyanın ən yaxşı sopran və tenor cütlüyünün konsertlərindən zövq ala biləcəklər.







35 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 Aprel


















31 Mart