Səmra Rəhimli videoya görə tənqid olundu - foto
Till Lindemann koronavirusa yoluxmayıb
Natavan Dado haqqında danışmaq istəmədi
Aktyor ata olmağa hazırlaşır

Facebook instagram Twitter Youtube
ULDUZ

"Təzə evlənəndə xanımıma əl qaldırmışam" - müğənni

21-02-2020


Müğənni Manaf Ağayev yenidən qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

Mtv.az xəbər verir ki, o, “Qadın səni hansı həddə çatdırmalıdır ki, ona əl qaldırasan” sualına cavab verib.

M.Ağayev isə şiddəti dəstəkləyən cavab verib: “Belə göründüyümə baxma, o vəziyyətə dözən deyiləm. Bir kəlimə sözə görə baş kəsərəm. Ailəm məni qəşəng tanıyır ki, bu sözü desə, öldürərəm, asıb-kəsərəm. Bir dəfə təzə evlənəndə xanımıma əl qaldırmışam. Gəldim ki, uşaq ağlayır, onda bir dəfə vurmuşam. Üzr istəmədim. O mənə aid deyil. Bir-birimizi yaxşı tanıyırıq. İçəri girişimdən cizgilərimdən bilir ki, əhvalım necədir. 35 ildir ailəliyik”.

Bu arada Milli Televiziya və Radio Şurası (MTRŞ) həmin verilişində baş verənlərə münasibət bildirib.

MTRŞ-nın şöbə müdiri Təvəkkül Dadaşov açıqlamasında bildirib ki, adıçəkilən verilişdə baş verənlərlə bağlı Şura sədri Nuşirəvan Məhərrəmli telekanalının rəhbəri ilə müzakirə aparıb.

“Müzakirə zamanı Şura sədri verilişlərdə bu cür halların yolverilməzliyini telekanal rəhbərinin diqqətinə çatdırıb”, - T. Dadaşov vurğulayıb.

Xatırladaq ki, bir müddət əvvəl “Ən yaxşısı” verilişində müğənni Manaf Ağayev qadınlar haqda zorakılığa çağırış edən fikir səsləndirib.

 

46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
30 Mart


















29 Mart