Aktrisa fotosessiya etdirdi
Eşq iddialarına cavab verdi
İvana Sərt  Bakıda məsləhət verdi
Sevda "Eurovision"a getmək arzusundadır

Facebook instagram Twitter Youtube
ULDUZ

 Xalq artisti ürəyini “Mtv Azərbaycan”a açdı

22-01-2020


“İşimin çoxluğundan övladlarıma kifayət qədər diqqət yetirə bilmirəm. Bir ana kimi bundan daxilən əsəbim və həyəcanım olur ki, mən uşağımın təhsili, gəzintisi, əyləncəsi ilə məşğul ola bilmirəm".

Mtv.az xəbər verir ki, bu sözləri “Mtv Azərbaycan”a müsahibəsində Xalq artisti Gülyanaq Məmmədova deyib.

Sənətçi övladlarına zaman ayıra bilməməsindən gileylənib: “Ana kimi çox fikir edirəm. Bircə arzum odur ki, gələcəkdə övladlarım ağıllı-kamallı bir sahəyə yiyələnsinlər. Hər bir ana bunu istəyir. Ailəyə bağlı olduğum üçün elə yaradıcılıq işlərim var ki, onları da təxirə salmalı oluram. Zaman yetmir. Qəlbimdə o qədər yaradıcılıq fikirləri var ki... Bunun üçün həm zaman, həm maddiyyat, həm də insanın sağlamlığı lazımdır”.

Müğənni tələbələri ilə ərsəyə gətirəcəyi ilk konsertinin həyəcanından da danışıb: "Fevralın 18-də Heydər Əliyev Sarayında 3 müəllim, Qəzənfər Abbasov, Nuriyyə Hüseynova və mənim tələbələrimizlə birlikdə konsertimiz olacaq. Bir müəllim kimi çox şadam. Çünki müəllimlik çox şərəfli peşədir. Bu işin öhdəsindən gəlmək özü bir məsuliyyət tələb edir. Müəllim özü də tələbəni yetişdirərkən yeni şeylər öyrənir. Tələbələrimə də həmişə tövsiyyəm budur ki, hamıya qulaq asın, hamıdan bəhrələnin”.
 

40 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Fevral














25 Fevral