Gülay qızına az vaxt ayırır

"Həyatda özümü ən çox günahlandırdığım amil odur ki, istədiyim qədər qızıma vaxt ayıra bilmirəm. Amma təsəllim odur ki, uşağımın gələcəyi üçün çalışıram".
Mtv.az xəbər verir ki, bu sözləri müğənni Gülay Zeynallı deyib.
Qızı Sahilə ilə bağlı sualları cavablandıran sənətçi ona az vaxt ayırdığını etiraf edib.
O, idmançı Kamil Zeynallının qızına daha çox vaxt ayırdığını bildirib: "Atasıdır, sevinirəm. Övladımın o cür atası var. Hər kəs əlindən gələni edir. Elə insanam ki, üəryim yanır onun üçün. Amma istəyimi tam göstərə bilmirəım. İçimdə istəyirəm. Gecə yatanda qızımı qucaqlayıram, öpürəm, deyirəm, sənlə nəfəs alıram. Amma vaxtı-zamanı gələndə biləcəksən ki, anan sənin üçün çalışır. Vaxtı sənə ona görə çatdırmır ki, bugün üçün çalışırdı".
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
