Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək
Tanınmış aktrisa vəfat etdi
Ronda Fleminq 97 yaşında vəfat etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Eltonun ailəsi Türkiyəyə birdəfəlik köçmək istəmir

16-01-2020


Müğənni Elton Hüseynəliyev bir müddət əvvəl Türkiyəyə köçəcəyi haqqında açıqlama versə də, sənətçi hələ də Bakıdadır.

Mtv.az xəbər verir ki, sənətçinin xanımı, prodüser Tamilla Hüseynəliyeva (Toma) bildirib ki, onlar İstanbulda ev alıblar. Bununla belə, qardaş ölkəyə birdəfəlik köçmək fikirləri yoxdur: "Evimiz yeni tikilən binadadır. Hava limanından şəhərə gedən yolun üstündə yerləşir. Üç otaqdır. Hələ gedib görməmişəm. Evimiz hazır olsa da, İstanbula birdəfəlik köçmərik. Eltonun qazancı toylardan, dəvətlərdəndir. Həm də o, sənətdən ayrı qala bilməz. Sənət adamları hər şeydən tez inciyən olurlar. Elton da bir ara inciyib elə söz demişdi".

Toma həmçinin Bakıda tikdirdikləri villadan da danışıb: "İki ildir tikinti bitmir. Hər şeyin üstündə özüm dayanmışam. Mənim vaxtım olmayanda, ustaların da çalışmasına imkan vermirəm. Ona görə də uzanır. Elton qazanır, mən tikirəm".

206 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti