Hadisənin ailəsində qalmaqal səngimir
Tatlısəsin sevgilisi xəstəxanaya düşüdü - foto
Model yaraşıqlı kişi axtarır - foto
Ebrunu tanımaq çətin oldu - foto 

Facebook instagram Twitter Youtube
ULDUZ

Elton Xumar Qədimovanı təriflədi

13-01-2020


Müğənni Elton Hüseynəliyev Əməkdar artist Xumar Qədimovanın kilsədən paylaşdığı fotonun müzakirə olunmasına münasibət bildirib.

Mtv.az xəbər verir ki, o, həmkarını müdafiə edərək X.Qədimovanın ünvanına xoş sözlər yazıb: “Bir neçə saytda oxudum ki, Xumar xanım kilsədə şam yandırıb, dua edib, şəkil çəkdirdiyinə görə bir çox insanlar tərəfindən tənqid olunub. Demək istəyirəm ki, əgər Xumar xanım bəziləri kimi süni insan olsaydı, camaata xoş gəlsin deyə gedib məsciddə şəkil çəkdirərdi. Məsciddə dua edə bilərəm, amma bu, o demək deyil ki, bağışlanmış müqəddəs insanam. Hamımızın günahı var, amma haqsız danışmaq olmaz”.

E.Hüseynəliyev bildirib ki, sənətçi ilə 15 ildir dostdur: “Kaş, hamı Xumar kimi olardı, lakin elə olmur. İnsan gərək olduğu kimi görünsün, özü, sözü, nəfəsi təbii olsun. Beşüzlü məxluqlar onsuz da çoxdur, amma dünyada ikinci Xumar yaşamır, o, Azərbaycanın xanımı və sənətkarıdır. Kiməsə xoş və ya naxoş olmaq üçün yox, ruhu, duyğuları, sənəti və xanımlığı ilə yaşayan insandır. İnsanları tanımadan, bilmədən haqqında mənfi nəsə söyləmək düzgün deyil. Ola bilər ki, sevməyəsiniz, ancaq qınamaq heç kimin haqqı deyil. Bir də onu bilin ki, kilsə də Allahın evidir. Heç kim özünü alim hesab etməsin, insan olaq yetər”.



99 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
31 Mart






































30 Mart