Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Fədayə Laçın açıqlamaları ilə diqqət çəkdi

04-01-2020


Müğənni Fədayə Laçın açıqlamaları ilə diqqət çəkib.

Mtv.az xəbər verir ki, sənətçi sosial şəbəkədə qınanılmasından danışıb: "Mənim atdığım addımı məni qınayanlar etsin görüm. Keçdiyim yollar asan deyildi. Hər kişinin qızının hünəri çatmazdı ki, həmin əzab-əziyyətə dözsün, alnıaçıq çıxsın".  

Müğənni ayrıldığı ərindən də söz açıb.

O bildirib ki, cəmi 3 il ailəli qalıb: "Atam bizi tərk edəndə mən anamın bətnində idim. Bizi qoyub, başqa qadının yanına getdi. Anam kənddə, atam Bakıda olurmuş, təhsil alırmış. Gəlib şəhərdəki həyatı, dodağı boyalı qızları görüb, kəndi bəyənməyib. 2014-cü ildə atam xəstələnəndə ona qucaq açdıq. Mən isə 1992-ci ildə ailə qurdum, 1995-ci ildə ayrıldıq. Rusiyada işləyirdi, getdi və qayıtmadı. Oğlumla görüşürlər. Başqasıyla evlənib, iki uşağı var".

179 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti