Müğənnini "Eurovision"a göndərmək istəyir
Aktrisa sevgilisi ilə yenə barışdı
Aslan başına gələn hadisəni açıqladı
 Hülya Avşar 55 milyon lirəyə ada aldı

Facebook instagram Twitter Youtube
ULDUZ

“Əlbəttə ki, sevirəm" -  Nigar Camal - foto 

01-01-2020


“Əlbəttə ki, sevirəm. Mənə hörməti var. Bu mahnı çox dəyərli bir insana həsr olunub. Sevməsəydim, vaxtımı itirib bu mahnını yazmazdım”.

Mtv.az xəbər verir ki, bu sözləri müğənni Nigar Camal “Nəfəsim, qəlbim” adlı mahnısından bəhs edərkən deyib.

O, sevgilisini gizlətməyi və toyun olub-olmayacağı barədə suallara belə cavab verib: “20 yaşım var ki, toy etməyi düşünüm? Nə toy? Sevgilim uşaqdır ki, onu efirə çıxarıb, yekəxanalıq edim? Bu, ağılsızlıqdır. İnsana hörmət qoyuram, ona deyim ki, gəl, səni də çəksinlər? Gözdən, nəzərdən qorxmuram. Heç kim vecimə deyil, bir də gözdən qorxmalıyam?”.

Sənətçi gələcəkdə qızlarının şəxsi seçimlərinə qarışmayacağını söyləyib: “Qızlarım İngiltərədə böyüyür, psixologiyaları başqadır. Onlar kiminləsə xoşbəxt olsa, desə ki, ana sevirəm. Mənə hörməti var. Onlara “yox” demərəm. Mənim üçün ən önəmlisi onların xoşbəxtliyidir. İstəyir oğlan İngiltərə şou-biznesi, ya buranın şou-biznesindən olsun. Bunun heç bir önəmi yoxdur. Əsas onların xoşbəxtliyidir. Xoşuma gəlməyən insan barədə onları başa salaram ki, bu insan sənlik deyil. Amma bunu psixoloji zərər vurmadan, dostcasına izah edərəm. Uşaqlar böyüyürlər. Həyat görməyiblər, onlara dəstək vermək lazımdır. Elə etmək lazımdır ki, xətirlərinə dəyməsin”.





175 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28




























27