Aktrisa yunan sevgilisindən ayrıldı
Müğənni bal ayına getdi
Cennifer Lopez sima seçildi - foto
Nüşabənin qızı fotosessiya etdirdi

Facebook instagram Twitter Youtube
ULDUZ

"Xaricdən dəfələrlə təklif almışam" - Əməkdar artist

16-12-2019


"Özümü heç vaxt məşhur hiss etməmişəm. Sadəcə, tanınmış müğənniyəm. Ulduz deyiləm. Təbiətimdə ulduzluq yoxdur. Müğənni var ki, üç dəfə efirə çıxır və özünü ulduz hesab edir. Məktəbdə oxuyurdum, artıq məni tanıyırdılar. Gözümü açandan evimizdə kameralar, çəkilişlər görmüşəm. Məni tanıyanda, narahat oluram. Dünyaşöhrətli müğənnilər çox sadə olurlar. Tərbiyəli insan belədir. Pafosluq içiboşluqdandır. İnsan var, baxıram, illərdir oxuyur, tanınmışdır, amma səs yoxdur. İçəri girəndə özünü elə təqdim edir ki, sanki ulduzdur. Kənardakılar elə bilir ki, akademikdir".

Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Sevda Ələkbərzadə deyib.

Müğənni özünü ulduz kimi aparan həmkarlarını qınayıb.

Ələkbərzadə özü ilə bağlı maraqlı etiraflar edib: "Kənardan güclü görünürəm, amma deyiləm. Düşünmüşəm ki, prinsiplərimə "əlvida" demişəm. Amma zaman keçir, görürəm ki, yox, edə bilmirəm. Hərdən hətta küsülü olduğum adamla öpüşüb-görüşmüşəm. Sonra xatırlamışam ki, axı mən onunla danışmırdım. Kinli və paxıl deyiləm. İntiqam hissi ilə yaşaya bilmərəm. Bu məni boğar. İçim işıqlı olmalıdır. Onsuz yaşaya bilmərəm. İnsanın böyüklüyü bağışlamağı bacarmağıdır".

Sevda daha sonra "Hərdən istədiyini ala bilmirsən, bezirsən. Demişəm, daha oxumayacam və iki-üç ay çəkilmişəm kənara. Sonra anlayıram ki, axı bunsuz yaşaya bilmərəm. Düşünürəm ki, hər şeyi düz etmişəm. On il əvvəl oxuduğum mahnıları insanlar indi anlayırlar" sözlərini əlavə edib. 

Müğənni bir çoxlarının özünü onun ifa tərzinə bənzətdiyini bildirib. "Təsəvvür edin kimsə Sevda Ələkbərzadənin yolunu başlayır. Ona məsləhətiniz" sualına belə cavab verib: "Təsəvvür etmirəm, elələri var. Məsləhəti istəyənə verərəm. Ona çətin deyil, hazırı əldə edib. Bunun banisi mənəm. Hər xalq mahnısını götürüb, düzəltmək olmur. Onu seçib tapmaq var. "Getmə gəl" mahnısını bir qız oxuyub, deyir, Şövkət Ələkbərovadan eşitmişəm. Axı etdiyin boğazları məndən öyrənmisən. Mən kimdənsə öyrəndiyimi danmıram. Halallıq olmalıdır. Məndən öyrənməyiniz, ancaq məni sevindirir. Mahnı oxunduqca, yaşayır.

Efirdəki çox müğənninin məktəbi yoxdur. Ola bilsin millətin 90 faizinin sevgisini qazanıb. Amma mənim sevgimi qazana bilməyəcək, biləcəm ki, məktəbi yoxdur. Deyir, ürəkdən oxuyuram. Evdə kartof kəsən qadın, restoranda 50 qram araq içən də ürəkdən oxuyur. Onun ürəkdən oxumağı heç tükümü tərpətmir".

İfaçı xaricdən dəfələrlə təkliflər aldığını bildirib: "Amerikadan təklif almışam. İllər əvvəl heç kim Türkiyəyə getməmişdi. Mənə böyük məbləğ təklif edildi. Dedilər ki, hər şey edəcəyik, Türkiyədə ulduz olacaqsınız. Getmədim...".

47 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Yanvar








































21 Yanvar