Amerikalı repçi rekordu təzələdi - video
Madonna konsertini yenə təxirə saldı
 Elnarə ona zövqsüz deyənlərə cavab verdi
Serialının qala gecəsi oldu - foto+video

Facebook instagram Twitter Youtube
ULDUZ

Afaq Bəşirqızı Ramiz Əzizbəylini bağışladı 

10-12-2019


Xalq artisti Afaq Bəşirqızı həmkarı Ramiz Əzizbəyli ilə aralarında illərdir davam edən qalmaqaldan danışıb. 

Mtv.az xəbər verir ki, aktrisa Əzizbəylini dediklərinə görə bağışlayıb: "Bəxt üzüyü"ndə iştirakçıların, Ramiz Əzizbəylinin böyük rolu var idi. İdeyanı yazan insana böyük hörmətim var, bir sənət əsəri qoydu getdi. Onu da Ramiz Əzizbəyli çəkdi. Bir aktrisayla teatr, tamaşa, film olmaz. Burada hamının zəhməti var idi. Jurnalist Ramiz Əzizbəyliyə sual verib, o da kobud cavablandırıb. İnsanın xasiyyətində də ərköyünlük var, kobud cavab verdi. Amma mənə qarşı çox ərköyünlük etdi. Ramiz Əzizbəylini üç-beş gündür tanımıram. Neçə illərin tanışıyıq. Ətini yesəm də, sümüyünü atmaram. Ona görə də mən Ramiz Əzizbəylini bağışlayıram. Amma o sözü heç bir yerdə deməmişdim".

Xatırladaq ki, hər iki sənətkarın küsməsinin səbəbi 1991-ci ildə Ramiz Əzizbəylinin rejissorluğu ilə çəkilən “Bəxt üzüyü” filmi olub. Filmdə baş rolu oynayan Afaq Bəşirqızının “Bəxt üzüyü”nə mənə görə baxılır” söyləməsi ilə bağlı yazı dərc olunmuşdu. Bu da tərəflər arasında qalmaqal yaradıb. Qəzəblənən Əzizbəyli cavab olaraq, aktrisanı nankorluqda ittiham edib.

55 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
28 Yanvar




































27 Yanvar