Pərəstişkarı aktrisanın başına bəla oldu
Aktyor məhkəməyə müraciət etdi
Model ağacın altında - foto
Müğənni ikinci dəfə evlənir

Facebook instagram Twitter Youtube
ULDUZ

Faiq Ağayev yeni mahnı təqdim edəcək

09-12-2019


Xalq artisti Faiq Ağayev yaxın günlərdə yeni mahnı təqdim edəcək.

Mtv.az xəbər verir ki, o deyib: “Köhnə mahnılarımızdan biridir. Nadir Nəğd Pul və Rabil Səfərli müştərək aranjiman ediblər. Klipin çəkilişlərini çatdırsaq, bu ay başqa bir mahnıya ekran həyatı verəcəyik. Fərqli bir işə imza atacağıq. Çünki həmin texnologiyadan heç bir klipimizdə istifadə olunmayıb. Burada da çalışacam ki, bir ilkə imza atım. Adətkaram axı...”.

Müğənni deputatlığa namizəd olması ilə bağlı söz-söhbətə isə belə cavab verib: “Qərar dünən çıxıb. Fevrala hələ var. O vaxta kimi yəqin ki, qərar qəbul edərəm”.

F.Ağayev “Həmrəylik günü gəlir. Bəlkə küsülü olduğunuz bir məşhurla barışasınız” təklifinə isə etiraz etməyib: “Kimdən məhəbbət qığılcımı, dostlaşmaq istəyi görsəm, öpüşlə qəbul etməyə hazıram”.

Sənətçi son günlər Xalq artistləri Brilliant Dadaşova və Röya Ayxan arasında baş verən “Erməni musiqiçinin ifasına “super” yazmaq” məsələsi ilə bağlı suala “Mən başqaları kimi “Super” yazmaram. Hərə özünə cavabdehdir. Kimi yazar, buna məntiqli açıqlama verər. Kimi yazar şərh verməz. Mən yazmaram”,- söyləyib.

254 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 İyul






















15 İyul