Hollivud ulduzu baxımsız halda - foto
Müğənni alt paltarını satışa çıxarır - foto
Serialdan pişiyinə görə ayrıldı
Fatimə rəqqasələri tənqid etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

Elza Seyidcahan xanəndələrlə qalmaqal yaşadı

08-12-2019


Əməkdar artist Elza Seyidcahan xanəndələrlə qalmaqal yaşayıb.

Mtv.az xəbər verir ki, buna isə onun muğam ifaçılarının ünvanına səsləndirdiyi fikirlər səbəb olub.

O deyib: “Artıq muğamımızı da çox oxuyub məni yorurlar. Bu xanəndələrə eyni muğamı nə qədər oxutdurarlar? Onların zənguləsi də, qırtlağı da mənim üçün adiləşib. Əməkdar artist, Xalq artisləridir. Lakin onlara baxa bilmirəm. Nə qədər qışqırarlar? Bir zənguləni nə qədər deyərlər? Gəlsinlər bəstəkarlardan mahnı oxusunlar”.

Onun bu fikirlərinə Xalq artisti Mələkxanım Əyyubova belə cavab verib: “Deməyin qaydası var. Hər kəs öz yerini bilməlidir. Bilməlidir ki, kimin yanında nə danışır”.

Əməkdar artist Ehtiram Hüseynov isə E.Seyidcahanın dediklərini öz üstünə şamil etməyib.

Xanəndə İlkin Əhmədov isə sənətçinin ünvanına “Dinləyə bilməyən çölə çıxsın” sözlərini işlədib.

Əməkdar artist Fərqanə Qasımova bunların günahını tamaşaçıda görüb: “Bunu edən tamaşaçıdır. Mütləq ifaçı zil tonu göstərməlidir ki, alqış alsın”.

E.Seyidcahana Əməkdar artist Təyyar Bayramov da cavab verib. “Muğamlarımız yüz il sonra da oxunsa, eyni olacaq. Mən də onun şeirlərini bəyənmirəm”,- ifaçı söyləyib.

220 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
1 İyun


























31 May