Aktyor həyat yoldaşını mərhum repçiyə qısqanıb
Müğənni Sia övladlığa uşaq götürdü
Müğənnilərdən cavab: "Biz dostuq"
Müğənni əsgərlikdə mini konsert verdi - video

Facebook instagram Twitter Youtube
ULDUZ

"Şəxsi həyatım darmadağın oldu" - Xalq artisti 

28-11-2019


“Anam istəmirdi ki, aktrisa olum. Atam da deyirdi ki, əvvəl Bəhər müəllimin qızı Firəngiz deyirdilər. İndi Firəngiz Mütəllimovanın atası Bəhər müəllim deyirlər. Bu, nədir? Mən şəhərə çıxa bilmirəm. Teatra gəldim ki, qalaq-qalaq məktublar var. Şan-şöhrət mənə çatmırdı”.

Mtv.az xəbər verir ki, bu sözləri Xalq artisti Firəngiz Mütəllimova deyib.

O bildirib: “Bir həftənin içində həyatımda bomba partladı. Ancaq şəxsi həyatım darmadağın oldu. Bir günün şöhrəti həyatımı alt-üst etdi” deyə, o, “Səni axtarıram” tele-tamaşası haqda peşmanlığını dilə gətirib.

Sənətçi məşhurlaşandan sonra “Gülnar” obrazı ilə şəxsiyyət ikiləşməsi yaşadığını söyləyib: “Gülnar”ın həyatı ilə haradasa oxşarlığımız var. Bir oğlan hisslərini deyəndə, çaş-baş qalırdım ki, görəsən o, məni sevir, ya “Gülnar”ı. Bir həftənin içində insanlardan atom sürətilə ayrıldım. Heç nəyə inanmadım. Hətta həqiqi sevənlərə də”.

O, “Yenidən “Gülnar” obrazını canlandırardınız” sualına isə belə cavab verib: “Gülnar”ın indiki halını oynaya bilərəm, amma ovaxtkı halını isə yox. İndiki ağlım olsaydı, “Gülnar”ı oynamazdım. Bilsəydim ki, başıma bunlar gələcək, əsla canlandırmazdım”.

Xatırladaq ki, sözügedən tele-tamaşa 1981-ci ildə yayımlanıb. F.Mütəllimova ekran işində mərhum Xalq artisti Yaşar Nuri ilə baş rolu canlandırıb.



62 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Yanvar






































20 Yanvar