Fatimə Xatun Əliyevaya görə təəssüfləndi
Aktrisa evlənməyə hazırlaşır
Aktrisa ərə gedir
Hollivud ulduzu tərif yağmuruna tutuldu - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Aybəniz Haşımova tələbəsi ilə bağlı açıqlama verdi

11-11-2019


Əməkdar artist Aybəniz Haşımova "Eurovision 2013" təmsilçimiz Fərid Məmmədovun ölkədən getməsinin səbəbini açıqlayıb.

Mtv.az xəbər verir ki, müğənni tələbəsi olan ifaçı ilə bağlı gözlənilməz açıqlamalar verib.

O, Fəridin bezib getdiyini söyləyib: "Mənim Fərid Məmmədov kimi mükəmməl istedada malik tələbəm ölkədən getməməmli idi. O, elə birinci idi. Onu kimlər küsdürdü? Mənim uşağımı bezdirdilər. Beş yaşından sənətə canını qoydu, dövlət ona etimad bəslədi, "Eurovision" müsabiqəsinə. Öz gücünə ikinci oldu. Birinciyə layiq idi. Ömrümün 20 ilini Fərilərə həsr etdim. Mənim uşağım gedib Amerikada fəhləlik edir, zülm çəkir. Televiziyalardan soruşmaq istəyirəm ki, niyə o, gedib kuryer çalışır?

Fəridin anasından soruşdum ki, Fərid niyə getdi? Qayıtdı ki, uşağa hər yerdə qadağa qoyublar. Hansısa bir insandan küsüb, o da Fəridə belə edib".

Xatırladaq ki, Fərid ailə qurduqdan sonra, Amerikaya köçüb və orada kuryer çalışır. 

37 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
8 Dekabr












7 Dekabr