Müğənni maraqlı faktlar açıqladı - foto
Aktyor Hadisə ilə birlikdə yaşayır
Şəbnəm həmkarının sözlərindən inciməyib 
Serialın yayım tarixi bəlli oldu - video

Facebook instagram Twitter Youtube
ULDUZ

Stilist Anar Türkiyəyə köçür

20-10-2019


Stilist Anar Ağakişiyev yaxın zamanda ölkədən köçəcəyini bildirib.

Mtv.az xəbər verir ki,Türkiyədən yeni qayıdan stilist deyib: “Türk mediası məni çox gözəl qarşıladı. Aparıcılar deyir ki, Demet Akalını hələ belə makiyaj edən olmamışdı. Onu Jenifet Lopezlə müqayisə etdilər. Bu o deməkdir ki, 80 milyonluq ölkədə mənim kimi biri yoxdur. Demet Akalın konsertində məni ayağa qaldırıb təşəkkür etdi. Hər şey elə bil yuxu kimi idi. Ondan sonra başqa ulduzlardan da mənə təkliflər gəldi. Az qalıb, bir aydan sonra İstanbula köçməliyəm. Məcburam. Qərar verməliyəm. Hələ düşünürəm. Fikirləşirdim ki, gedib-gələrəm. Amma yoruluram”.

A. Ağakişiyev artıq yerli məşhurları makiyaj etməyəcəyini də açıqlayıb: “Bizim şou-biznesdə mənə qarşı inanılmaz dərəcədə paxıllıq hissi var. Axı mən sizə nə etmişəm?! Sizsiniz mənim ideyamı istifadə edən. Amma belə şeylər məni daha da ruhlandırır. Artıq yerli şou-biznesdən heç kimi makiyaj etməyəcəm, bitdi. Mən həmin Anaram ki, zamanında mənə kapriz edirdilər. Daha istəmirəm”.

146 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
17 Fevral












































16 Fevral