ULDUZ
Nüşabə ərinin yalanından danışdı
11-10-2019

"Yoldaşım mənə göstədi ki, bu formada qoluma yazılı döymə etdirmək isdiyirəm. Dedim, qətiyyən icazə vermirəm. Söylədim ki, qoluna döymə etdirsən, səndən ayrılacam".
Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli deyib.
Müğənni həyat yoldaşı Rzanın ona danışdığı yalandan bəhs edib: "Mənə "yaxşı etdirmərəm" dedi. Sonra gördüm ki, yekə döymə etdirib və qolunu da bağlayıb. Qızdırma filan da vermişdi, çox yekə idi, 45 iynə ilə vurmuşdular. Böyük şok yaşadım, dalaşdım ki, günahdır. Dedi ki, bu döymə müvəqqətidir, 3 aydan sonra gedəcək. O zaman rahatladım. Üç ay gözlədim gördüm getmir. Dedim, bunu yu, getsin də. Qayıtdı ki, yox, ora sənin adını yazdırmışam. Sonradan bildim ki, mənim adım deyilmiş".
267 - nəfər baxıb
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20 Yanvar
19 Yanvar