Müğənni 500 ailəyə bazarlıq etdi - video
Aktyor testinin nəticələrini açıqladı
Donna Eyr koronavirusa yoluxdu
Natavan Dadonun videosunu yaydı

Facebook instagram Twitter Youtube
ULDUZ

Aygün Kazımova şəhər mərkəzindən ev aldı

04-10-2019


Xalq artisti Aygün Kazımova özünə paytaxtın mərkəzi ərazisindən yeni ev alıb.

Mtv.az xəbər verir ki, sənətçi bir müddətdir orada yaşayır.

Maraqlı məqam isə orasındadır ki, onunla küsülü olan Əməkdar artist Röya Ayxan bir neçə ildir ki, həmin binada məskunlaşıb.

Üç ildən çoxdur burada yaşayan sənətçi əvvəllər binanın girişində Aygün Kazımovanın reklam posteri ilə qarşılardısa, artıq zaman-zaman özünü görmək məcburiyyətində qalır.

Bildirilir ki, göydələnin parkinq bölməsində zaman-zaman üz-üzə gələn sənətçilər bir-birini görməzlikdən gəlirlər.

Xatırladaq ki, Aygün Kazımovanın Nəsimi rayonunda, Röya Ayxanın isə Bilgəh qəsəbəsində və İstanbulda evi var. A.Kazımovanın bina evi yaşamağa əlverişli olsa da, R.Ayxanın Bilgəhdəki dördmərtəbəli evininin tikintisi başa çatmayıb.

Onu da bildirək ki, sənətçilər arasındakı qalmaqalın tarixi 15 ilə dayanır. Onlar bir neçə dəfə barışsa da, bu, uzunmüddətli olmayıb.

187 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
3 Aprel






























2 Aprel