Model 3-cü övladını dünyaya gətirdi
"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir

Facebook instagram Twitter Youtube
ULDUZ

Elvin həmkarlarını qınadı

09-10-2019


"Kim necə dolanırsa, bilmirəm. Amma dolana bilmədiyini deyib, ağlamaq acizlikdir. Dolanmasa belə, bunu dilə gətirmək, sənət adamına yaraşmaz".

Mtv.az x xəbər verir ki, bunu müğənni Elvin Abdullayev deyib.

O, Məhərrəmlik ayında toy olmadığı üçün pulsuzluqdan gileylənən həmkarlarını qınayıb: "Tək biznesi toylar olan da var, olmayan da. Ən gözəl biznes elə bizim sənətdir. Sənətə də pul yatıranlar var. Özləri yaxşı bilir kimlərdir. Sözü atıram, investorlar tutsun. Əksəriyyəti bayağı bazara işləyənlərdir. Pul buraxırlar ki, bu janr millətin dilindən düşməsin. Efirə də pulla çıxırlar, gündəmdə qalmaq üçün hər şey edirlər. Efirləri qınamıram, bu, normal haldır. Belə şeylər olmalıdır, reklam bazarı deyilən bir hal var. Amma  bunun da bir dərəcəsi olmalıdır. Nəzarət edilməlidir. Hər gün belə insanları efirdə görən tamaşaçı səviyyəli musiqinin dəyərini hardan biləcək? Məhərrəmlik ayında borca girmədim. Borc qəbahət deyil. Amma özümə yamangünlük yığmağı bacaran insanam. Mənə borcu olanlar var, şükür ki, heç kimə borclu deyiləm. Öz biznesim var, Məhərrəmlik ayı başlayanda da onunla idarə edirəm".

13 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr






































15 Oktyabr