"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir
Dima Bilan heç vaxt evlənməyəcək

Facebook instagram Twitter Youtube
ULDUZ

İsfar və Rain Brüsseldə konsert verdilər - foto

17-09-2019


Azərbaycan Respublikasının Belçika Krallığındakı səfirliyi Brüssel İncəsənət Sarayı (BOZAR) ilə birgə Azərbaycan mədəniyyətinin təbliği istiqamətində apardığı əməkdaşlıq çərçivəsində Brüsseldə məşhur Azərbaycan musiqiçiləri, Əməkdar artistlər İsfar Sarabski və Rain Sultanovun konserti təşkil olunub.

Mtv.az xəbər verir ki, orqan musiqisi gecəsi çərçivəsində keçirilən proqramın əvvəlində İsfar Sarabski və Rain Sultanovun birgə albomu “Cycle” barədə tamaşaçılara məlumat verilib.

Daha sonra saksofonun müşayiəti ilə orqan və piano ifasında musiqi parçaları təqdim olunub. Musiqiçilərimiz öz ifaları ilə orqan musiqisinin caz repertuarında özünəməxsus yer tutduğunu yüksək ustalıqla tamaşaçılara çatdırıblar.

Musiqiçilərimizin ifası çoxsaylı auditoriya tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.









36 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




































15 Oktyabr