Model 3-cü övladını dünyaya gətirdi
"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir

Facebook instagram Twitter Youtube
ULDUZ

Dinara Parisdə operada oxuyacaq

20-09-2019


Sentyabrın 13-dən noyabrın 14-dək Parisdə Bastiliya Operasında C.Puççininin “Madam Batterflay” operası nümayiş etdirilir.

Mtv.az xəbər verir ki, oktyabrın 12, 26 və 29-da, noyabrın 1, 6 və 9-da səhnə əsərində Çio-Çio-sanın partiyasını Azərbaycanın Xalq artisti Dinara Əliyeva (soprano) ifa edəcək.

Dinara Əliyeva 2009-cu ildən Böyük Teatrın solistidir. İfaçının 2010-cu ildə Bakıda məşhur tenor Plasido Dominqo ilə birgə konserti olub. Onun C.Verdinin anadan olmasının 200 illiyi münasibətilə Fransada və Çexiyada “GalaVerdi” adlı solo konsertləri böyük uğurla keçib. 2015, 2017 və 2019-cu illərdə Moskvada Dinara Əliyevanın “Opera Art” beynəlxalq musiqi festivalları keçirilib.

52 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr






































15 Oktyabr