Model 3-cü övladını dünyaya gətirdi
"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir

Facebook instagram Twitter Youtube
ULDUZ

Firuzə İbadova qızına xoş sözlər yazdı

20-09-2019


"Zəhmətkeş qızım, anam, atam, balam, qardaşım, oğlum... Səni necə əziyyətlərlə böyütdüyümü bir Allah, bir də bizim ailəni yaxından tanıyanlar bilir".

Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Firuzə İbadova qızı Hülyanın ünvanına yazıb.

Müğənni sentyabrın 13-də ad günü olan övladını təbrik edib.

F.İbadova bildirib ki, qızı hazırda uzaqda yaşayır: "Qeyrətli qızım, bu gün sənin ad günündür. Hazırda məndən çox uzaqlardasan, sənə əlim çatmır. Ona görə də sənə sözlərimi buradan göndərirəm. Allahın mənə göndərdiyi bir mələksən, qeyrətli qızım mənim. Həyatdakı tək məhəbbətim, canımdan can olan balamsan. Məni illər öncə nənə etdin, sevindirdin. Həmişə mənə sevinc nəsib etmisən. İnanıram ki, sevincli günlərimiz hələ qabaqdadır. Anan sənsiz çox darıxır. Yüz yaşa, həmişə bizimlə ol".



52 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr






































15 Oktyabr