"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir
Dima Bilan heç vaxt evlənməyəcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Samira yeni klipini təqdim etdi - video

13-09-2019


Müğənni Samira ƏliMəryəm yeni mahnısına çəkilən klipi təqdim edib.

Mtv.az xəbər verir ki, “Sevdiyim” adlanan mahnının musiqisi Muxtar Abseynov, sözləri isə Cavid Əhmədova məxsusdur. Ekran işinin rejissorluğunu isə Nail Naiboğlu edib. Çəkilişlərin bir hissəsi Şıxov çimərliyində, digər hissəsi isə studiya şəraitində tamamlanıb.

Sənətçi bildirib ki, sonuncu klipini 5 il bundan əvvəl çəkib: “Axırıncı işim “Çağırış” mahnısına çəkilin video olub. Hansı ki, Olimpiya oyunları ərəfəsində idmançılara həsr etmişdim. O vaxtdan bu günə kimi klip olaraq heç bir iş görməmişdim. Nəhayət ki… Muxtar mənə bir neçə dənə mahnı təqdim etdi. Onların içində bu melodiya mənə daha yaxın olduğu üçün, seçimimi “Sevdiyim” mahnısından etdim”.

Artıq yaradıcılığındakı fasiləyə son qoyduğunu söyləyən Samira “Klip sırf istədiyim üslubda, xarakterimə uyğun çəkilib. Çünki ekran işini məhz belə görürdüm. Elə işə başlamazdan əvvəl də Nail ilə bu haqda danışmışdım”,- əlavə edib.

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/MHgPf2KhmAI" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

49 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




































15 Oktyabr