Serialda tərəf müqabili olacaqlar
Məşhur reper evləndi
Almaz Ələsgərli ikinci dəfə nənə olacaq
Lolita rəsmi şəkildə boşandı

Facebook instagram Twitter Youtube
ULDUZ

Müğənni və rep ifaçısı karyerasını başa vurdu

11-09-2019


Populyar Amerika müğənnisi və rep ifaçısı Niki Minaj musiqi karyerasının başa çatdığını elan edib. 

Mtv.az xəbər verir ki, 36 yaşlı müğənni müvafiq bəyanatını sentyabrın 5-də “Twitter” səhifəsində yerləşdirib.

Əsl adı Onika Tanya Maraj olan müğənni bildirib ki, karyerasından ailə həyatına görə imtina edir. O yazıb: “Mən çıxıb getməyi və özümü ailəmə həsr etməyi qərara aldım. Uşaqlar, bilirəm ki, siz bundan çox məmnun qalacaqsınız”. TMZ internet portalı yazır ki, birmənalı olmayan bu sözlər, çox güman, müğənninin bədxahlarına ünvanlanıb.

Minaj dörd tamformatlı studiya albomu buraxıb. O, “Sevimli rep/hip-hop-artist” və “Sevimli rep/hip-hop-albom” nominasiyalarında ABŞ-ın ən nüfuzlu mükafatlarından birinin – “American Music Awards”ın laureatı olub. Bir neçə dəfə öz mahnılarına kliplərə görə “MTV Video Music Awards” mükafatına layiq görülüb, 10 dəfə “Grammy” mükafatına namizəd irəli sürülüb.

62 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 Oktyabr
































22 Oktyabr