Nigar Camal özünə ad günü keçirdi - foto+video
 Oksananın  kişilərdən "xoşu" gəlmir
Aktrisaya 3 milyonluq avtomobil hədiyyə edildi
Oskar laureatı yeni filmə çəkiləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Əməkdar artistin adından saxta profil açdılar

10-09-2019


Əməkdar artist Dilarə Əliyevaya qarşı saxtakarlıq edilib.

Mtv.az xəbər verir ki, aktrisa İnstaqramda onun adından profil açıldığını bildirib: "Bir dəfə də belə hal olmuşdu. Qızım mənim pasportumla İnstaqrama şikayət göndərdi və səhifə bağlandı. İndi də eyni hal baş verib. Gecə saatlarında sənət adamlarına profili göndərib, mənim adımdan yazırlar ki, İnstaqrama gəldim, paylaş məni. Özlərini reklam etdirirlər. Fan səhifələrin olmasına etiraz etmirəm. Amma rəsmi profil açmaq düzgün deyil. Nə İnstaqramda, nə də Facebook-da varam. Heç bir sosial şəbəkədən istifadə etmirəm. Əgər adıma açılan saxta səhifələr bağlanmasa, qanun çərçivəsində cəzalandıracam".

D.Əliyeva sosial şəbəkədən istifadə etməməsinin səbəbini açıqlayıb: "Düşünürəm ki, bir profil açmaq məsuliyyət tələb edir. Gərək səhifəni hər zaman nəzarətdə saxlayasan, işlədəsən. Qorxuram ki, məni izləyənlərə vaxt ayıra bilmərəm, diqqətdən kənarda qalarlar. Ehtiyat edirəm... Münasibətləri qorumaq üçün kənarda qalmalısan. Verilişimin, rol aldığım serialın səhifəsi var. Onu işlədənlər mənim işlərimi yayımlayırlar".

20 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16


































15