"Heç kimə paxıllıq etmirəm” - müğənni
Türkiyəli aktrisa Bakıya gəlir - foto
Oksana qapalı libaslara üstünlük verir
Dima Bilan heç vaxt evlənməyəcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya qardaşlarını evləndirmək istəyir

06-09-2019


“İnstaqramdakı informasiyalardan bezdim: biri arvadını başqa kişi ilə tutdu çəkdi. Bunları görmək istəmirəm. Ola bilər səhvimiz olub, bunlarla böyümüşük. Amma incəsənətdəkilərin səhvlərindən danışmıram. Bizə olar. Çimərlikdə şəkil çəkdirmək və sair normaldır. Sadə camaatda bunları görmək istəmədim, proqramı sildim”.

Mtv.az xəbər verir ki, bu sözləri Əməkdar artist Röya Ayxan “MTV Azərbaycan”a müsahibəsində deyib.

O, İnstaqramdan gedişini depresiya ilə əlaqələndirənlərə də cavab verib: “Depresiyaya düşüb, İnstaqrama vida etməmişdim.  Sadəcə, şəkil çəkdirməkdən zəhləm gedir, bir az xoşuma gəlmədi, atdım. Mən beləyəm”.

Əkiz qardaşları İsmayıl və Ayxanın əsgərlikdən qayıtdığını söyləyən Röya onları evləndirmək niyyətindədir: “Biri özünü öldürür ki, məni evləndirin. O birinin isə nişanlısı var, deyir, evlənək, cavab verir ki, tezdir”.

Müğənni rayon toylarına getməməsi barədə sualları da cavablandırıb: “Rayon toylarına getmirəm" sözünü zarafatla demişəm. Rayon toyuna gedəndə hamı oturur, əl çalır. Başqa müğənnilərdə isə ortalığa düşüb, oynayırlar. Buna görə də yaxşısı budur ki, ora konsertə gedim. Deyirəm, bəlkə toya mənim mahnılarımla ağlamağa gəlirlər. Amma rayon toylarına çox az gedirəm. Getdiyim bölgə əsasən, Şəmkirdir. Orada məni çox istəyirlər. Bir də deyirlər ki, qiymət bahadır. Qadanalım, qəşəng qız baha olar da”.

45 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16 Oktyabr




































15 Oktyabr