Nigar Camal özünə ad günü keçirdi - foto+video
 Oksananın  kişilərdən "xoşu" gəlmir
Aktrisaya 3 milyonluq avtomobil hədiyyə edildi
Oskar laureatı yeni filmə çəkiləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Aysel rusiyalı müğənni ilə eşq yaşayır? - foto

09-09-2019


Soçidə keçirilən “Yeni Dalğa” festivalında Azərbaycanı təmsil edən Aysel Məmmədovanın rusiyalı müğənni Danil Buranovla eşq yaşadığı iddia edilib.

Mtv.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb.

Sayt “Yeni Dalğa”nın eşq dalğası: azərbaycanlı gözəl rusiyalı Buranovu ovsunladı” adlı yazı dərc edib.

Yazıda bildirilir ki, Danil Buranov festivala sevgilisi İrina ilə qatılıb. Lakin onun festival zamanı Aysellə sıx görüşməsi İrinanın qısqanclıq etməsinə zəmin yaradıb.

Müğənni yayılan şayiələr barədə açıqlama vermək məcburiyyətində qalıb:

“Əslində, tez-tez birlikdə görünürük, əlaqə saxlayırıq, ortaq görüşlərimiz olur. Hətta qırmızı xalıya da çox vaxt birlikdə çıxırıq. Ancaq məsələ budur ki, Aysel musiqi yazır, mən isə sözlər. Birlikdə məhsul ərsəyə gətirməkdən danışırıq. Aysel dinləyicimi hiss edərək, mahnı sözləri yazmağa inandıran insandır. Yalnız bu vaxt istədiyimi ala biləcəyimi söyləyir. Biz sadəcə musiqidən bəhs edirik. Ancaq bu, kənardan fərqli görünür”.

Xatırladaq ki, Aysel performansı ilə “Yeni dalğa” müsabiqəsində diqqət çəkib. O, festivalda üç mahnı ifa edib.





23 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
16


































15