Castin Biber həmkarına dəstək verdi
"Həyatımda heç kim yoxdur" - müğənni
Serialın aktyoru xanımından boşandı
Samir Cavadzadə yeni mahnı oxuyacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Eros Ramazotti Moskvada konsert verəcək

18-08-2019


İtaliyanın məşhur müğənnisi Eros Ramazotti Avropa turu çərçivəsində bu ilin oktyabr ayında Moskvada konsert proqramı ilə çıxış edəcək.

Mtv.az xəbər verir ki, müğənninin Sankt-Peterburqda da çıxışı gözlənilir.

Ramazottinin Rusiyada 2016-cı ildəki son konserti iki ölkə arasında danışıqların pozulması nəticəsində ləğv olunmuşdu. Bundan sonra turu təşkil edən prodüser kompaniyası Rusiya tərəfini ittiham etmişdi.

Eros Ramazotti İtaliyanın müasir müğənnilərindən biridir. Albomlarının çox hissəsi italyan və ispan dillərində yazılıb. O, Andrea Boçelli, Adriano Çelentano, Luçano Pavarotti, Riki Martin kimi məşhurlarla duet oxuyub.

169 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 Fevral








































21 Fevral