Adriana Lima tətildən doymur
Aktyor sevgilisinə xəyanət etdi
Nura Surinin Bodrum istirahəti başa çatdı
 Nəsrin sevgili xəbərinə güldü - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Sevda yeni mahnılarını payızda oxuyacaq

22-07-2019


“Mənim üçün ev almağımın mənəvi tərəfi daha önəmlidir. Bu, çox böyük dəstəkdir. Sənətimin 30 illiyi ərəfəsində Prezident tərəfindən belə bir hədiyyə məni gözəl duyğuların ağuşuna atdı”.

Mtv.az xəbər verir ki, bunu bir neçə həftə öncə Prezident tərəfindən ev mükafatına layiq görülən Əməkdar artist Sevda Ələkbərzadə deyib.

O bildirib ki, hədiyyə onun üçün sürpriz olub: “Ev hədiyyəsi almaq arzum idi, amma gözləmirdim ki, mənə də verilər. Təzə evimə köçməmişəm. Hələki təmir işləri gedir”.

Müğənni türkiyəli ifaçı Murat Bozun onun haqqında dediyi fikirlərə də münasibət bildirib: “Murat Boz və digər həmkarlarımdan tərif eşitmək xoşdur. Mənə Türkiyədən musiqiçilər çox yazırlar. Heç vaxt orada reklam olunmamışam, türkçə mahnılar yazdırıb “promotion” etməmişəm. Ancaq tanıyırlar. Türkiyədə olanda ara-sıra insanlar yaxınlaşırlar. Bu, mənim üçün dəyərlidir. Lakin haqqımda ən dəyərli fikir dahi sənətkarımız Müslüm Maqomayev tərəfindən səsləndirilib. Onunla fəxr edirəm, həmkarlarımın düşüncələri isə sadəcə xoş gəlir”.

S.Ələkbərzadə yeni mahnılarını payızda təqdim edəcəyini söyləyib.

O, həmçinin bir neçə ildir konsert verməməsinin səbəbini də açıqlayıb: “Bilərəkdən konsertə stop demişəm. Görürəm ki, insanlar konsert verməyimi istəyir. Hara gedirəmsə, bunu soruşurlar. Onlar darıxırlar. Mənim üçün bu, vacibdir. Yəqin ki, gələn il konsert verəcəm”.

46 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
20


































19