Müğənni ərindən ayrıldı

Müğənni Lolita Milyavskaya 44 yaşlı əri Dmitri İvanovdan ayrıldığını açıqlayıb.
Mtv.az xəbər verir ki, əri ilə şəklini paylaşan 55 yaşlı ifaçı qərarın doğru olduğunu deyib: "Dima ilə qərara gəldik ki, ayrılıq vaxtı çatıb. Son günlər bir-birimizə qarşı diqqətsiz olmuşuq. Bütün günü münasibətini müzakirə edib, dalaşan cütlük olmamaq üçün ayrılırıq. 9 il mənim yaraşıqlı, gənc ərim oldu. Ona hər şeyin ən yaxşısını diləyirəm. Bir həftə düşündüm, əziyyət çəkdim, nəticədə qərarım bu oldu. Onun cəsarətinə heyranam, yanımda qalıb, ömrümün sonuna kimi mənə dözməyə hazır idi. ayrılıq o demək deyil ki, yeni əyləncə axtaracam. Bundan sonra yaşamaqdan zövq alıb, ailəmlə əylənməyə baxacam".
Xatırladaq ki, İvanov Lolitanın beşinci əri idi. Müğənninin 20 yaşlı qızı var.
Qeydlər (0)
Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!
