Təranə Qumral  istirahət xərcini açıqladı
İrlandiyalı model qaralmaq istəyir
Ledi Qaqa gözəllik brendini təqdim etdi - foto
Xalq artisti "Нежная" klipini təqdim etdi - video

Facebook instagram Twitter Youtube
ULDUZ

Elçin Şirinov Bakıda konsert verəcək

21-06-2019


İyunun 21-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının nəzdində olan Kamera və Orqan Musiqi Zalında Əməkdar artist, pianoçu Elçin Şirinovun caz kvarteti konsert proqramı ilə çıxış edəcək.

Mtv.az xəbər verir ki, Goethe-Zentrum Bakının təşkilatçılığı ilə reallaşacaq konsertdə populyar caz-hitlər səsləndiriləcək.

Azərbaycanın Əməkdar artisti, pianoçu Elçin Şirinov - qeyri-adi caz kvartetinin əsas qüvvəsidir. Alman müğənnisi Erik Loythauzerlə Polşada Vokal Caz Festivalında görüşdən sonra, iki uzaq ölkədə yaşamaqlarına baxmayaraq, birlikdə çıxış etmək arzusu yarandı. Musiqi bütün sərhədləri aşır və beləliklə 2019-cu ildə müğənni və pianoçu, həmçinin iki tanınmış alman caz musiqiçisi - bas gitaraçı və gitaraçı Bernhard və Peter Meyer qardaşları ilə yeni kvartet yaranır. Bu iki qardaş "Melt Trio" kimi çoxsaylı proyektlərlə alman caz səhnəsində bir dalğa yaradırlar. Kvartetin hər bir üzvü ümumi iş üçün öz musiqi təcrübəsini, hekayələrini və kompozisiyalarını əsirgəmir.

Xatırladaq ki, Elçin Şirinov Nyu-Yorkun Kevin Xeyes və Aron Qoldberq kimi məşhur cazmenlərindən dərs alıb, çoxsaylı beynəlxalq festivallarda iştirak edib. O, müxtəlif ölkələrdə konsert proqramı ilə çıxış edərək Azərbaycan mədəniyyətini dünyada təbliğ edir.

29 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
23 İyul


























22 İyul