Aktrisanın şəklini 100 min insan bəyəndi
Bülent Ersoy konsert verdi
“Sərrast atıcı 2”nin treyleri təqdim olundu
İrem Derici izləyicilərini tənqid etdi

Facebook instagram Twitter Youtube
ULDUZ

“Klipi mən çəkməmişəm" - Xatun

22-06-2019


Müğənni Xatun təqdim etdiyi “Buz” klipindəki görüntülərin plagiat olmasından söz açıb.

Mtv.az xəbər verir ki, ifaçı hər şeydən xəbərsiz olduğunu deyib: “Klipi mən çəkməmişəm. Oradakı ideyalar rejissor Nail Naiboğlunun idi. Gör-götür dünyasıdır. Mənim heç nədən xəbərim yox idi”.

Sənətçi son günlər sosial mediada müzakirə olunan omba görüntüsündən də danışıb: “Müğənninin hər şeyindən danışılmalıdır. Mənə yazılan şərhlər çox ləzzətli idi. Bilməzdim ki, bu qədər maraqlıyam. İstədiyimiz vaxt gündəm ola bilərik. Hərdən bilmədən belə gündəm oluruq. Qadın müəyyən yaşdan sonra bədən quruluşuna diqqət etməlidir. Elə şeylər də var ki, pəhrizlə düzəlmir. Əməliyyat mütləqdir. Mən də kontur-plastika əməliyyatı keçirmişəm. Bu, sadəcə, idmana vaxtımın olmamağından irəli gəlib”.

Xatun bədən quruluşunun Roza Zərgərliyə bənzədilməsinə də münasibət bildirib: “Roza Zərgərli çox eqzotik xanımdır. İstəyirəm ki, ikimiz duet oxuyaq və klip çəkdirək. O, sarışın, mən də qaraşın. Çox möhtəşəm olar. Onda hamı bizdən danışar. Bu görüntünün əsas səbəbi əməliyyat deyil, özül olmasa, kimisə düzəltmək mümkün deyil. Ona qalsa, Azərbaycan şou-biznesində o qədər düzələsi adamlar var ki, düzəlmirlər”. (Axşam.az) 



32 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
22 İyul






























21 İyul