Seda Sayan 7-ci dəfə boşanır
"Evliliyimi 30 il qoruya bildim..."
Bukmeykerlər kimi lider görür?
Hollivud ulduzunun rəsm əsərləri satılıb-foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Esra Erol 5 ilədək həbs oluna bilər

18-06-2019


Gözəllik salonlarından birinin sahibi olan Özlen adlı qadın türkiyəli aparıcı Esra Erolun beş ilədək həbs olunmasını tələb edir.

Mtv.az xəbər verir ki, buna illər öncə Esranın verilişində Özleni “Yuva yıxan qadın” olaraq göstərməsi və proqramda şəkillərini nümayiş etdirməsi səbəb olub.

Erol isə ifadə verərək, verilişə gələnlərin iddiaları əsasında görüntüləri yayımlandığını, qərəzli addım atmadığını bildirib.

Prokurorluq şəxsi həyatın ictimailəşdirilməsi və təhqir maddələri ilə E.Erol haqda bir il üç aydan beş ilədək həbs cəzası tələbi ilə istintaq başladıb.

Aparıcı yaxın günlərdə hakim qarşısına çıxacaq.

1568 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti