Serdar Ortaçın keçmiş xanımı Dubayda dincəlir
Bacısı Özcan Denizdən kömək istədi
Oksana imicində dəyişiklik etdi - foto
Aktyor 7 yaş kiçik vəkil sevgilisi ilə evlənir

Facebook instagram Twitter Youtube
ULDUZ

Brilliant dost həmkarını əsəbləşdirdi - video

11-06-2019


Xalq artisti Brilliant Dadaşova stilist Elnur Həsənovun doğum günündə “Brilliantlar” mahnısını ifa edib.

Mtv.az xəbər verir ki, o, ifasından sonra deyib: “Nəhayət ki, mənim də adıma bir mahnı var”.

Həmkarı, Xalq artisti Zülfiyyə Xanbabayeva isə mikrofonu götürərək ona cavab verib: “Sağ olsun, Nura Suri. Allah onun canını sağ etsin ki, sənin adına mahnı oxuyub”.

B.Dadaşova isə onun bu sözlərini qarşılıqsız qoymayıb, müğənni Zamiq Hüseynovu yanına çağıraraq Xanbabayevanın adı keçən 6/8 ritmdə köhnə bir mahnını ifa etməyini istəyib.

Z.Xanbabayeva isə əvvəlcə buna əsəbiləşərək, “Sən niyə bu mahnını oxuyursan” deyib, daha sonra sənətçinin ifasından xoşhal olub və rəqs etməyə başlayıb.

<iframe width="560" height="350" src="https://www.youtube.com/embed/VoAe7gE-V1o" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

121 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti