Ezgi Mola hamilə deyilmiş
Bu ilin “Ən seksual kişisi” seçildi
Meryem Uzerli layihəsindən imtina etdi - foto
Son halı görənləri şoka saldı - foto

Facebook instagram Twitter Youtube
ULDUZ

Məşhur Hollivud ulduzu oğluna “Ayı” adı verdi

26-12-2013


   Dünyaca məşhur ulduz Keyt Uinslet Ned Roknrolldan olan körpəsinə “Bear” – Ayı adını verib. Aktrisanın meneceri “Ana ilə Beənin vəziyyətləri yaxşıdır” – açıqlamasını verib. Keyt Uinsletin ilk evliliyindən Mia Hani, ikinci evliliyindən isə Co Alfi adını verdiyi iki övladı var.

   “Çalıquşu” serialındakı “Kamran” obrazı ilə məşhurlaşan Burak Özçivit bir içki firmasının 2014-cü ildə siması seçilib. Aktyor kompaniyanın yeni reklam çəkilişləri üçün Kartalkayaya üz tutub. -15 dərəcə şaxtada baş tutan çəkilişlər 16 saat davam edib. Bütün bu müddət ərzində isə Burak sadəcə nazik köynəkdə olub. Reklamdə hər kəsi cəsur olmağa çağıran aktyor çəkilişlərdən sonra ehtiyat məqsədilə həkim tərəfindən müayinə edilib.

     Rihanna uzun illərdir dostluq etdiyi rəfiqəsi Keti Perri ilə duet oxumaq fikrinə gəlib. O, artıq Keti ilə bu barədə razılaşma da əldə etdiyini bildirib. “Məsələni çoxdan müzakirə edirdik. Hesab edirik ki, ifa edəcəyimiz mahnı bomba effekti yaratmalıdır. Buna mütləq nail olacağıq. Layihəmizin reallaşacağı tarixi isə tezliklə açıqlayacağıq” –deyə Rihanna söyləyib. 

     Türkiyəli müğənni Handə Yener xəstəxanalıq olub. Belə ki, Almaniyanın Münih şəhərində verəcəyi konsertdən əvvəl halı pisləşən pop ulduz dərhal xəstəxanaya çatdırılıb. Ulduzun bir neçə saat əvvəl yediyi toyuq ətindən zəhərləndiyi müəyyən edilib.  Həkimlərinə təkidlərinə fikir verməyən Handə tibbi müdaxilədən sonra bütün məsuliyyəti öz üzərinə götürməsi ilə bağlı sənəd imzalayaraq səhnəyə çıxıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

985 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Noyabr














25 Noyabr