Bu ilin “Ən seksual kişisi” seçildi
Meryem Uzerli layihəsindən imtina etdi - foto
Son halı görənləri şoka saldı - foto
Polad Əlamdar seriala qatılmayacaq

Facebook instagram Twitter Youtube
ULDUZ

Xalq artisti dostlarına qonaqlıq verdi

25-12-2013


    Uzun müddətdir Türkiyədə olan xalq artisti Aygün Kazımova vətənə qayıdıb. Axşam.az-ın məlumatına görə, müğənni ötən gün dostları - xalq artisti Faiq Ağayev, prodüser Tolik, DJ Kazım Sübhan, xalq artisti İlhamə Quliyevanın mətbuat katibi Faiq Ələkbərli və stilist Sərxan ilə görüşüb. 

    Eyni zamanda müğənni Rəqsanə İsmayılova da dünən gecə saatlarında Bakıya qayıdıb. Axşam.az-ın məlumatına görə, bir müddətdir İstanbulda olan sənətçi Yeni il ərəfəsində media nümayəndələri ilə görüşmək istədiyini deyib. İfaçı eyni zamanda klipmeyker və yaxın dostu Zöhrab Ağayevin ad günündə iştirak edəcək. Müğənni uzun zaman görmədiyi qızı Yağmur üçün çox darıxdığını vurğulayıb.

   Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən “Yaxşıların yaxşısı - 2013” mükafatları öz sahiblərinə verildi. Axşam.az-ın məlumatına görə, tədbirdə incəsənət aləminin tanınmış simaları mükafatlandırılıb: "İlk dəfə Hollivud ulduzu ilə duet layihəsi" - "Coffee from Colombia" duetinə görə xalq artisti Aygün Kazımova

"İlin ən çox sevilən dueti" - xalq artisti Zülfiyyə Xanbabayeva və Miri Yusif "Dostum"

"İlin ən sevilən müğənnisi" - Röya Ayxan

"İlin qlamur müğənnisi" - Sevda Yahyayeva

"İlin siması" - Günay İbrahimli

"İlin anşlaq konserti" - "Bu şəhərdə"

Mükafata layiq görülən xalq artisti Aygün Kazımova, Zülfiyyə Xanbabayeva və müğənni Röya isə mərasimə qatılmayıb.

    Əməkdar artist Lalə Məmmədova yeni elmi dərəcəyə sahib olmaq istəyir. O, fəlsəfə doktorluğu üzrə müdafiəyə başladığını bildirib: “Bununla bağlı elmi iş hazırlayıram. Əgər alınsa, fəlsəfə doktoru olacağam”. Lalə Məmmədova yeniliklərindən də söz açıb. O, iki ay sonra silsilə kliplər çəkdirəcəyini bildirib: “İşlərimin çoxu qalıb. Yaza doğru bütün planlarımı gerçəkləşdirəcəyəm. “Dəli eşq”, “Bu şəhər ikimizə dar” və sosial mövzulu bir mahnıma klip çəkdirəcəyəm. Hətta onları həvalə edəcəyim rejissoru da müəyyənləşdirmişəm”.

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

 

 

 

 

855 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
26 Noyabr












25 Noyabr