Aktyor koronavirusa yoluxdu
Handeni Murada unutdurdu - foto
"Qarabağ"ı həsrət çəkmədən oxuyacam" - müğənni
Koronavirusa telefonundan yoluxdu

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya yenə imicini dəyişdi

24-12-2013


   Müğənni Röya Ayxan imicini dəyişib.  Axşam.az-ın məlumatına görə, sənətçi saçlarını lap qısa kəsdirərək tünd rəngə boyadıb. Bir müddətdir Türkiyədə olan xalq artisti Aygün Kazımova Bakıya qayıdıb. Müğənni açıqlamasında təqdim edəcəyi yeni layihəsindən danışıb: “Yeni layihə hazırlayıram və sükutumu bununla pozuram. Mənim üçün çox məsuliyyətli, vacib, önəmli bir planı həyata keçirdim. Bir tərəfdən də məni kövrəldən “Azərbaycan bayrağı” adlı klipimi hazırladım. Mahnının musiqisi Tural Bayraməliyevə, sözləri Zərifə Quliyevaya aiddir. Mahnının aranjimanını Mert Eli İçeli həyata keçirib. Ekran işinin rəhbəri son kliplərimi çəkən şirkətdir, montaj da orada edilib. Bu ekran işini “kliplərimin gözü” adlandırardım”.

   Müğənni İradə İbrahimova yeni fotosessiya etdirib.Bakıda bacısı, vizajist Nigar İbrahimova ilə birlikdə açdığı "make-up" akademiyasının siması olan sənətçi şəkilləri də elə bu səbəbdən çəkdirib.

    İstedadlı və bacarıqlı müğənni Nurlan Təhməzlinin videosu yayılıb.İfaçı 11 il öncə kimsəsiz uşaqlar evində lentə aldırdığı “Günahsızdır uşaqlar” klipini ortaya çıxarıb. O, ekran işində valideynləri körpələrinə sahib çıxmağa çağırır. Nəzərinizə çatdıraq ki, Nurlanın “Günahsızdır uşaqlar” klipi böyük kütlə tərəfindən çox bəyənilib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

890 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
27 Noyabr
















26 Noyabr