Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Hadisə haqqında gəzən şayiələrə cavab verdi

31-10-2013


    İzmirli iş adamı Ozan Çeliklə sevgi münasibətlərinin olduğu iddia edilən müğənni Hadisə şayiələri dolayı yolla yalanlayıb. Sənətçi münsifi olduğu “O Səs Türkiyə”-də mahnılarını əl-ələ söyləyən cütlüyü izlədikdən sonra: “Nə gözəl görünürsünüz. Mənim əlimi tutacaq kişi yoxdur. Amma artıq aşiq olmaq istəyirəm” – deyib.

   46 yaşlı məşhur sarışın, aktrisa və model Pamela Anderson xarici görünüşünü dəyişmək fikrinə düşüb. Los Anceles küçələrində gəzən ulduzu görənlər tanımaqda çətinlik çəkiblər. Uzun saçlarını kəsdirən Pamela geyim tərzini də dəyişdirib. Qərb mətbuatı aktrisanın yeni saç stilində olduğundan daha cavan göründüyünü qeyd edib.

    Amerikalı “30 Seconds To Mars” rok qrupu yeni “City Of Angels” klipini heyranlarının ixtiyarına verib. Video çarxda Lindsi Lohan, Kanye Vest, Selena Qomes və digər məşhurlar da rol alıb. Ekran işində həmçinin küçə ifaçıları və evsiz insanlara da yer verilib. Qeyd edək ki, 11 dəqiqəlik klipin rejissoru qrupun solisti Cared Letodur.

    Hollivudun məşhur cütlüyündən biri Uill Smit və Cada Pinkett Smit boşanmağa hazırlaşırlar. 15 ildir evli olan aktyorların cəmiyyətdə birlikdə görünməməsi onların ayrı yaşadıqları iddialarının yaranmasına səbəb olub. Uill və Cadanın artıq ortaq evlərini satışa çıxardıqları da gəzən şayiələr arasındadır. Hələ ki nə evlilər, nə də onların rəsmi təmsilçiləri boşanma haqqında heç bir şərh vermir.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

903 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti