Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Faiq Ağayevin mahnısı özbək dilində oxundu

31-10-2013


    Faiq Ağayevin ifa etdiyi mahnılar sırasında “Səni əvəz etmir” bəstəsi hər kəsə yaxşı məlumdur. Mahnını bu dəfə özbək müğənnisi oxuyub. Abzal Husanovun ifasını dinləyən xalq artisti Faiq Ağayev özbək dilində mahnının heç də  pis alınmadığını bildirib. İfanı bəyənən müğənni sosial şəbəkədə : “18 il əvvəl, 1995-ci ildə lentə aldığım “Səni əvəz eləmir” mahnısının 2012 və ya 2013-cü ilin özbək versiyası” sözlərini yazıb.

    Bir müddətdir Moskvada olan müğənni Rəqsanə ötən gün Bakıya qayıdıb. Sənətçi paytaxta meyxanaçı Namiq Qaraçuxurlu ilə birlikdə gəlib. Moskvada birgə toy məclisində iştirak edən ifaçıların son vaxtlar mehriban olması diqqət çəkir. Qeyd edək ki, qızı üçün dəfilə keçirməyə hazırlaşan Rəqsanə bu dəfəki gəlişində tədbirin vaxtını dəqiqləşdirəcək.

   Müğənni Rəhim Rəhimli duet ortağı, meyxanaçı Namiq Qaraçuxurlu ilə birlikdə görünməməsinin səbəbini açıqlayıb. Rəhim müsahibəsində bunu maddiyyatla əlaqələndirib.“Hər birimiz dəyərli ifaçılarıq. İki böyük sənətçinin məclisə qatılması üçün təşkilatçı çox pul ödəməlidir. Buna görə də biz Namiqlə yan-yana gələ bilmirik”. 
Son vaxtlar cangüdənlə gəzməsi diqqət çəkən R.Rəhimli buna belə aydınlıq gətirib: 
“Bəzən məclisdə oxuyanda kənardan insanlar yaxınlaşırlar: ya nəsə istəyirlər, ya da şəkil çəkdirməyə can atırlar. Səhnədə olarkən kiminsə mənə yaxınlaşmasını sevmirəm. Özümü sırf mahnıya yönləndirirəm”.

   Əməkdar artist Aybəniz Haşımovadan xəbər var. Müğənni saçlarını kəsdirərək rəngini dəyişib. Qızı Aynişan Quliyeva sənətçinin yeni fotosunu sosial şəbəkədə paylaşıb.

 

Sevda Məmmədova

 

Muz-Tv.az

 

1131 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti