Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Dünyaşöhrətli cazmen Avişay Kohen bakılıları valeh etdi

31-10-2013


    Oktyabrın 30-da Heydər Əliyev Sarayında Bakı Beynəlxalq Caz Festivalı çəçivəsində dünyaşöhrətli cazmen Avişay Kohenin konserti reallaşıb. Paytaxt sakinlərinin axışdığı gecədə ilk olaraq "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mətbuat xidmətinin rəhbəri Rahib Azəri səhnəyə təşrif buyuraraq festival haqqında məlumat verib.

    Daha sonra Rahib bəy səbirsizliklə gözlənilən musiqiçiləri bir-bir səhnəyə dəvət edərək gələn qonaqlara təqdim edib. Musiqiçilər fasilə vermədən dərhal gözəl əsərlərini səsləndirməyə başlayıblar. İfalar arasında verilən fasilədə Avişay Kohen tamaşaçılarla söhbət etməyi də unutmayıb. İlk dəfə ölkəmizdə qonaq olduğunu söyləyən musiqiçi sevincini gizlətməyib. Dünyaşöhrətli sənətçi konsert zamanı öz məlahətli səsi ilə də hər kəsi valeh edib.

 

Sahilə Aslanova

Vüsal Həşimov

 

Muz-Tv.az

880 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti