Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Elza Seyidcahan: “Şou-biznesin görücüsü və peşəkar ekstrasensiyəm”

30-10-2013


    “Şou-biznesin görücüsü və peşəkar ekstrasensiyəm. Bu, Allahın mənə hədiyyəsidir”. Bu sözləri əməkdar artist Elza Seyidcahan deyib: “Hər zaman deyirəm ki, mənim öncə görücülüyüm var. İllərdir, sözümün arxasındayam. Misal üçün, Azərbaycan şou-biznesinə yeni qatılan bir ifaçını gətirsinlər yanıma, ona baxım və deyim o adam tanınacaq, yoxsa, yox. Bu, Allah vergisidir. Peşəmdən, təcrübəmdən irəli gəlir. Bu günə kimi çoxlarına gələcəkləri barədə xəbər vermişəm”.

       Müğənni İlhamə Qasımova ailə həyatı ilə bağlı yayılan ayrılıq xəbərlərinə son qoyub.  Sənətçi açıqlamasında şəxsi həyatının yolunda getdiyini bildirib: “Ailəm yanımdadır, münasibətlərimiz gözəldir. Mən heç yerdən pul qazanmıram. Xaricə tez-tez gedib-gəlirəm, bunların xərcini həyat yoldaşım ödəyir. Vaxtımın çox hissəsini xaricdə oluram, gec-gec görüşürük. Amma ən yaxşısı da belədir. Hər gün görüşmək marağı itirir. Münasibətimiz ilk günlərdəki kimi maraqlıdır”.  Arıqlamağından danışan İlhamə qadınlara məsləhət verib: “Xanımlarımız möcüzə istəyirlər. Elə bilirlər ki, bir günə çəki itirmək olur. Mən pəhriz saxladım, dörd aydan sonra nəticəsini yavaş-yavaş görməyə başladım. Yeməyimi azaltdım, iki il ara vermədən idman etdim. Beləcə arıqlamaq mümkündür”.

     Son zamanlar sosial şəbəkədə aktiv olan müğənni Samir Piriyev bu dəfə yeni mahnısını İnstagram-da təqdim edib. \"Mənim sevgilim\" adlanan mahnıya Samir Piriyev qızı Fərəh ilə videogörüntü çəkərək İnstagram-a yerləşdirib.

      Türkiyəli müğənni Fatih Ürek Bakıda konsert vermək arzusundadır.  Sənətçi bu haqda prodüser və təşkilatçı Tolikə deyib. “Çoxdan Bakıda çıxış etmək arzusundayam. Eşitmişəm ki, Bakı tamaşaçıları məni canlı olaraq dinləmək istəyirlər. Konserti məhz sizin təşkil etməyinizi istəyirəm, Bilirəm ki,  Azərbaycanın ən yaxşı təşkilatçılarındansız ”- deyə müğənni prodüserə bildirib. Bu barədə fikir bildirən Tolik: “Əslində, maraqlı olardı. Fatihin də öz pərəstişkarları var. Konsert etsək, uğurlu alınar, Gərək, bu təklif haqda düşünüm” –deyib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

908 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti