Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Castin Timberleyk daha bir klipini sevənlərinin ixtiyarına verdi

30-10-2013


    Castin Timberleyk "TKO" mahnısına çəkdirdiyi yeni klipi təqdim edib. Ekran əsəri yükləndiyi 24 saat ərzində 1 milyon izlənmə sayı əldə edib.  Ulduzun heyranları  klipi çox bəyəniblər. Elvis Preslinin nəvəsi amerikalı model Rayli Kio video çarxda əsas qadın obrazını canlandırıb. Gənc xanım müğənniyə aşiq olan və onu başdan çıxardan birini ifa edib.  Elə klipin süjet xətti də məhz bunun üzərində qurulub.

   Amerikalı gözdən əlil müğənni Stivi Uander  2014-cü ildə iki albom təqdim etməyə hazırlaşır. Ulduzun son çıxardığı musiqi toplusu səkkiz il əvvəl işıq üzü görüb. Topluya yeni əsərlərlə yanaşı Uanderin retro mahnıları da əlavə edilib. Musiqiçi üçün yeni işində ilham mənbəyi ailəsi və övladları olub. Həmçinin 63 yaşlı ifaçı “Gospel Inspired By Lula” diski üzərində çalışmaları da bitirmək üzrə olduğunu etiraf edib. Sözügedən musiqi toplusunu Uander 2006-cı ildə vəfat edən anasına həsr edib.

    Türkiyəli aktyor Nejat İşlər baş rollarından birini ifa etdiyi “Behzat Ç. Ankara Yanıyor” filminin qalasına qatılmayıb. Sənətçinin niyə mərasimə gəlməməsinə rol yoldaşı Erdal Berşikçioğlu münasibət bildirib: “Nejatın gəlib-gəlməməyi problem deyil.onunla bir filmdə rol almaqdan qürur duyuram”. Nejatın yaxınları isə aktyorun sağlamlığının pozulduğunu bildiriblər. Qara ciyərinin sıradan çıxdığı və buna görə vücudunda yaraların çıxdığı iddia edilən aktyor müalicə almaqdan imtina edib.

     Enrike İqlesias “Heart Attack” adlı mahnısına çəkilən yeni klipini təqdim edib. Trek ulduzun sayca 10-cu albomuna daxil ediləcək. Video çarxda münasibətlərində problemlər yaşayan cütlüyün dramatic həyatı əks olunub.  Enrikenin sevgilisi rolunda aktrisa Kamilla Bell çıxış edib. Klipin rejissoru Kolin Tillidir.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

856 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti