Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Maksim Qalkin qəzaya uğradı

29-10-2013


   Rusiyalı şoumen və Alla Puqaçovanın həyat yoldaşı Maksim Qalkin avtomobil qəzasına uğrayıb. Onun “Bentley” markalı maşını mikroavtobusla toqquşub. Hadisə Qalkinin avtomobili işıqforda dayanarkən reallaşıb. O, qəfildən güclü zərbə hiss edib.  Maksim avtobusun sürücüsünün rul arxasında yatdığını bildirib. Şoumenin maşınına ciddi ziyan dəyməsi qəzanın digər iştirakçısı Miralin Xəlilova baha başa gəlib. Sənətçi hadisə zamanı mikroavtobusun dəydiyi avtomobilin arxa oturacağında oturmasına baxmayaraq heç bir zədə almayıb.

   Demet Akalın: “Ötən gün Okanla Hiranı dünyaya gətirəcəyim xəstəxanaya getdik. Bir də gördüm bağçaya və ətrafına diqqətlə baxır. Sən demə, qızımız doğulanda xəstəxana bağçaasında 11 qoç kəsdirəcək. Qaziantepdən gətirəcəyi folklor qrupu isə halay çəkəcək” – deyib. Bundan başqa, ultrasəs müayinəsində körpəsini görən türkiyəli müğənni qızının atasına bənzədiyini bildirib. “Əsas xasiyyəti atasına oxşasın. Bu ölkəyə bir Demet Akalın kifayət edər. Hərdən özüm özümə dözə bilmirəm” – deyə sənətçi zarafat edib.

   Əfsanəvi aktrisa Monika Beluççi “Vanity Fair” jurnalı üçün açıq-saçıq fotosessiyada iştirak edib. Ulduz mövsümün dəbdə olan alt paltarlarında və libaslarında kamera qarşısına keçib. Sözügedən jurnala müsahibə verən Monika Vensan Kassel haqqında danışaraq: “O, mənə böyüməkdə kömək etdi. Özümdə əvvəllər görə bilmədiyim istedadımı görməyə imkan yaratdı” –deyib.

   Məşhur aktrisa Beren Saatın Hollivud ulduzlarının da müraciət etdiyi üsuldan  yararlandığı məlum olub. Xüsusilə fotosessiyalar zamanı ağzını daim qapalı saxlamağa çalışan və sadəcə gülümsəməklə kifayətlənən Beren artıq bu haldan qurtula bilib. Saçlarındakı ağ saçları belə boyatmayan aktrisanın yeganə kompleksi ön dişlərinin seyrək olmasıdır. Məşhur aktrisa sınanılmış  üsulla seyrək dişlərini birləşdirib. Bunun sayəsində özünə inamı daha da artan Beren “Mənim dünyam” filminin qalasında parlayan ağ dişləri ilə çəkinmədən gülümsəyib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

 

 

1032 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti