Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Brilliant Dadaşova ilə Abbas Bağırovun arası dəydi

29-10-2013


    Xalq artisti Brilliant Dadaşova əməkdar artist Abbas Bağırovdan bərk inciyib.  Sənətçi həmkarı haqqında qalmaqallı açıqlama verib. Dadaşovanın “Başa düşdüm ki, Abbas mənim ətrafımda olacaq, oturub-duracağım bir insan deyil. Münasibətimiz artıq yoxdur” sözlərini Abbas da cavabsız qoymayıb: “O, xanımdır, mən isə kişiyəm. Bir kişi qadın haqqında danışmaz. Nə istəyir, qoyun o desin. Heç kimdən salamımı əskik etmirəm. Onu bundan sonra da haradasa görsəm, salam verəcəm. Salam alıb-almamaq onun mədəniyyətindən, tərbiyəsindən irəli gəlir”. Əməkdar artist heç vaxt toylarda Brilliant Dadaşovanın mahnısını oxumadığını bildirib.

   Müğənni İradə İbrahimovanın bacısı, vizajist Nigar İbrahimova özünə xınayaxdı mərasimi keçirib. Gənc xanım daha sonra tədbirdən olan fotoları İnstagram səhifəsində paylaşıb. Qeyd edək ki, vizajistin toyu oktyabrın 31-də baş tutacaq.

   Uzun müddətdir ki, ciddi pəhriz saxlayaraq xeyli arıqlayan müğənni Elmira Ələkbərzadə xarici görünüşündən yenə də narazıdır.  Bu dəfə onu burnu narahat edir.  Sənətçi jurnallardan birinə verdiyi  açıqlamasında həyat yoldaşı ilə xeyli məsləhətləşdiyini və plastik əməliyyata qərar verdiyini bildirib. Bunun üçün Tehranı seçən müğənni artıq oradadır.  Öz rəsmi səhifəsində fotosunu paylaşan müğənni şəklin altında “Tehrandayam” yazıb.

   İfaçı Yaşar Yusub yeni fotosessiya etdirib. Sənətçi bu şəkilləri yeni layihəsi üçün ərsəyə gətirib. Sözügedən görüntülər fotoqraf Niko Abbasov tərəfindən lentə alınıb.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

969 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti