Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Xatirə İslam plastik əməliyyat etdirəcək

28-10-2013


    Rusiyaya toplanan 87 dünya gözəli Moskva gəzintisinə çıxıb.  “Kainat gözəli” adı uğrunda mübarizə aparan qızlar Kreml sarayını və Böyük Teatrı gəziblər.  Qeyd edək ki, bəstəkar-ifaçı Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən müsabiqənin finalı noyabrın 5-i və 9-da baş tutacaq. "Krokus Siti Holl"da reallaşacaq müsabiqədə Azərbaycanı “Miss Azerbaijan 2012”nin qalibi Aysel Manafova təmsil edəcək.

    Gənc ifaçı Aygün İsmayılovanın Türkiyədə toyu olub. Haluk adlı şəxslə nikah masasına oturan sənətçinin qız toyu ötən ay Bakıda baş tutmuşdu. Toy mərasimində Aygünün yaxın rəfiqəsi, müğənni İlhamə Qasımova da iştirak edib. Qeyd edək ki, Aygün toydan sonra Türkiyədə yaşayacağını və sənəti tərk edəcəyini bildirib.

    Müğənni Xatirə İslam plastik əməliyyat etdirəcək. Müğənni burnunu əməliyat etdirəcəyini deyib: “Uzun müddətdir bu haqda fikirləşirdim. Artıq qərar verdim ki, burnumu əməliyyat etdirim. Hazırda yaxşı həkim axtarıram. İstəyirəm düzgün seçim edim ki, sonra peşman olmayım. Çox həkimi tərifləyirlər. Amma bəzən yaxşı həkimin əlindən pis iş çıxır. Yaxın günlərdə həkim məsələsini qərarlaşdırıb, əməliyyat masasına uzanacağam”.

    Müğənni Elçin Cəfərov "Hammer" markalı maşınını "Mersedes"ə dəyişib. Tez-tez təzə avtomobil almağı sevdiyini deyən Elçin idman stilli maşınlara üstünlük verir.Onun sonuncu avtomobilinin qiyməti isə təxminən 100 min dollardan başlayır.

 

Sevda Məmmədova

 

Muz-Tv.az

1248 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti