Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Kıvanç Tatlıtuğ 30-cu doğum gününü fransalı sevgilisi ilə birlikdə qeyd etdi

26-10-2013


    Türkiyəli aktyor Kıvanç Tatlıtuğ 30-cu doğum gününü yaxınları ilə birlikdə yaxta gəzintisi zamanı qeyd edib. O, ailəsi və dostlarından əlavə, fransız sevgilisi Florans Eujenyanın da qatıldığı partiyə 10 min avro xərcləyib. Yaraşıqlı ulduz gecənin sonunda müxbirlərin suallarını cavablayaraq: “30-cu doğum günümü dostlarımla qeyd etdim. Hədiyyələrə hələ baxa bilməmişəm. çox gözəl bir gecə idi” –deyib.

   Madam Tüssonun Londonda yerləşən muzeyində Uitni Hyustonun mum heykəli təqdim olunub. Oktyabrın 21-də reallaşan mərasimdə 30 nəfərdən ibarət kilsə xoru da iştirak edib. Kollektiv mərhum ulduzun ən məşhur hitlərini ifa edib. Pop ulduzun yaxınları əldə olunan son nəticəyə heyran qalıblar. Heykəl 8 həftə ərzində muzeydə nümayiş olunacaq. Daha sonra əsər Nyu Yorka göndəriləcək. Xatırladaq ki, bu artıq ulduzun sayca 4-cü mum heykəlidir. Daha əvvəl Hyustonun yaradıcılığının müxtəlif dövrlərini əks etdirən üç eksponat da təqdim edilmişdi.

    Hollivud ulduzu Klint İstvud ilə 17 ildir evli olan Dina İstvud boşanma qərarı alaraq məhkəməyə müraciət edib. 83 yaxşı aktyordan 35 yaş kiçik olan xanım, “Onunla çox gözəl 15 il keçirmişik” desə də, boşanma ərizəsində səbəb kimi “həlli tapılmayan fikir ayrılıqları” yazıb.

   Amerikalı məşhur müğənni Beyons dünya turnesi çərçivəsində getdiyi Yeni Zellandiyada Haka rəqsi ifa edib. 25 kişi heyranından ibarət qrupun qorxunc səslər çıxararaq etdiyi rəqsə ulduz da eyni şəkildə vəhşi və qorxuducu üz mimikaları ilə qarşılıq verib.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

 

1063 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr




















20 Oktyabr