Kannda yer tutmaq Azərbaycan kinosunun uğurudur - rejissor
“Sərxoş” filmi London kinofestivalının qalib oldu
Türk sənətçilərindən Azərbaycanla bağlı paylaşım - foto
Kertis Cekson üç qorxu filmi çəkəcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Oksana: “Hindistanda yaşaya bilməyəcəmi başa düşdüm”

25-10-2013


    Rəqqasə Oksana Rəsulova Hindistan səfərini təxirə salıb. Sənətçi orada çəkiləcəyi filmlərdən imtina edib. O artıq Hindistanda yaşaya bilmədiyini etiraf edib: “Orada yaşaya bilməyəcəyimi başa düşdüm. Buna görə də təkliflərdən imtina etdim. Hər gün zəng vurub dəvət edirlər. Əgər yaxşı film təklifi olsa, gedərəm. Şərtim odur ki, filmdə tanınmış aktyorlar olsun. Noyabrda iki həftəlik yenə də Hindistana yola düşəcəm. Amma birdəfəlik orada yaşamaq fikrindən daşındım”. 
    Müğənni Elariz Məmmədoğlunun arxivindən olan şəkli yayılıb. Lent.az-ın məlumatına ilk peşəsi gitara ifaçısı olan müğənni, mətbuata müsahibəsində bunu etiraf etməkdən çəkinib. Bir neçə müddət öncə “Müğənnilərin ilk peşəsi” araşdırmasında ilk peşəsinin ifaçı olduğunu demişdi: “Mənim müğənnilikdən savayı başqa bir peşəm olmayıb. Deyərdim ki, bütün pullarımı elə oxumaqla qazanmışam. Bundan qabaq iş yerim olmayıb”. 

    Müğənni Elçin Cəfərov uzun müddətdir birlikdə çalışdığı prodüseri Elşən Orucovdan ayrılıb. Axşam.az-ın müxbiri ilə söhbət zamanı xəbəri təsdiqləyən sənətçi artıq prodüsersiz çalışacaq: “Müəyyən səbəblərdən işbirliyinə son qoyduq. Amma dostluğumuz davam edir. Hazırda tək çalışıram və bir müddət bu cür davam edəcəm. Yeni prodüser tapmaq üçün fikirləşməliyəm. Birlikdə çalışmaq üçün adam seçmək çox çətindir”.

    Bu gün Növrəslilər ailəsində toydur. Ailənin üzvlərindən olan gənc tarzən Arslan Növrəsli nikah masasına oturacaq. Şəhər restoranlarının birində baş tutacaq. Toy mərasiminə sənət dünyasının tanınmış simaları qatılacaq. 

 

Sərvər Mehdiyev

 

Muz-Tv.az

1088 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti
21 Oktyabr




















20 Oktyabr