Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Kıvanç Tatlıtuğ Hollivuda gedir

25-10-2013


    Film çəkilişləri üçün Türkiyəyə gələn məşhur ulduz Rassel Krou aktyorluğuna xüsusi olaraq heyran qaldığı Kıvanç Tatlıtuğu Amerikaya dəvət edib. Sənətçi yeni işində Cem Yılmaz, Yılmaz Erdoğan və Mərd Fırat kimi məşhurlara rol verəcək.  Amma Krounun ən çox bəyəndiyi aktyor Kıvanç Tatlıtuğ olub. O hətta türkiyəli aktyora film təklifi etsə də Kıvanç dəvəti rədd edib. Tatlıtuğ: “Mənim üçün əsas filmin yaxşı olmasıdır. Hollivudda, yaxud Türkiyədə çəkilməsi vacib deyil” –deyib.  Krou Kıvançı Hollivuddakı prodüserlər və məşhur simalarla tanış etmək üçün Amerikaya dəvət edib. Məşhur aktyorun gələn ay Yılmaz Erdoğanla birlikdə Amerikaya gedəcəyi bildirilir.

    Içkili vəziyyətdə avtomobil idarə edərkən yaxalanan və daha sonra həbs cəzasına layiq görülən Lindsi Lohan indi də əlində şərab şüşəsi ilə görülüb.  Alkoqol və narkotikə görə müalicə alan və 3 ay əvvəl xəstəxanadan çıxan aktrisa dostunun evində yarısına qədər içilmiş şərab şüşəsi ilə paparazzilərin kameralarına tuş gəlib. 27 yaşlı ulduz müalicədən sonra: “Həyatımda yeni bir səhifə açacağam” açıqlaması vermişdi.

    Iyul ayında Formula 1 pilotu Lyuis Hamiltondan ayrılan amerikalı müğənni Nikol Şerzinger İngiltərədə yayımlanan bir teleşouya qatılıb. Daha sonra paytaxtın restoranlarından birində yemək yeyən ulduz məkan çıxışında kameralara yaxalanıb.  Məşhur müğənninin dəri və şifon qarışımı dekotle libası alt paltarsız geyinməsi hər kəsin diqqətini üzərinə çəkməsinə səbəb olub.

 

Sahilə Aslanova

 

Muz-Tv.az

1467 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti