Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu
“Zəng” tamaşası onlayn göstəriləcək

Facebook instagram Twitter Youtube
ULDUZ

Röya Ayxan konsert verəcək

24-10-2013


    Müğənni Elnur Məmmədovun ad günüdür.  Sənətçi 31 yaşını qeyd edir. Elnur Məmmədov 1982-ci ildə Bakıda anadan olub. Musiqiyə uşaq yaşlarından həvəs göstərib. Musiqi təhsili ilə yanaşı sənətçi İqtisadiyyat Universitetində də təhsil alıb. “Şeron” qrupunun solisti olub. Uzun müddətdir ki, solo fəliyyət göstərən Elnurun bu günə kimi bir çox sevilən klipləri və albomları işıq üzü görüb. O, 2011-ci ildə Pərvin adlı xanımla nikah masasına oturub. E.Məmmədov açıqlamasında ad günü keçirməyi sevmədiyini deyib: “Doğum günü hər bir insan üçün əzizdir. Amma mən həmin gün təbriklər eşitməyi, hədiyyələr almağı sevməmişəm. Xoşlayıram ki, özüm kimisə təbrik edim”.

   Müğənni Nadir Qafarzadənin yeni “Unutdu” adlı mahnısı hazırdır.  Adı çəkilən  bəstənin söz müəllifi Tural Bayraməliyev onu ilk dəfə sənətçi Samir Piriyevə təqdim edib. Sonradan fikrini dəyişən Tural mahnını oxuması üçün N.Qafarzadəyə verib.O, Nadirin daha gözəl ifa ortaya çıxaracağına inandığını deyib.

   İfaçı Rüfət Axundov hazırda Həcc ziyarətindədir. Xəbərə görə, müğənni tezliklə ziyarətdən gələcək. O, Həcc ziyarətindən qayıtdıqdan sonra yaradıcılığında yenilik etməyi düşünür. Rüfət həmkarı Xatirə İslamla ifa etdiyi “Küsmə” adlı mahnısını ekranlaşdıracaq. Qeyd edək ki, klipin çəkilişləri Dubayda baş tutacaq.

   Ötən ay Türkiyədə “Gəmiçilər ” adlı yeni albomunu  təqdim edən müğənni Röya Ayxan konsertə hazırlaşır. İfaçının konserti oktyabrın 28-də paytaxtın ticarət məkanlarının birində olacaq. Saat 20:00 –da başlayacaq gecədə Röya yeni mahnılar oxuyacaq. Qeyd edək ki, Röyanın sonuncu konserti ötən ayın 28-də olub.

 

 

Fuad Oqtayğlu

 

Muz-Tv.az

872 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti