Gəncə terrorundan təsirlənib rep oxudu 
Arnold Şvartseneger yenə əməliyyat olundu
“O olmasın, bu olsun” tamaşası göstəriləcək
Mel Qibsonun iştirakı ilə çəkilən filmlərdən imtina olundu

Facebook instagram Twitter Youtube
ULDUZ

Bakıda “Azərbaycan Prezidenti Kuboku” beynəlxalq KVN turniri keçirildi

24-10-2013


   Oktyabrın 23-də Heydər Əliyev Sarayında Şən və Hazırcavablar Klubunun beynəlxalq turniri keçirilib. Yarışmada iştirak edən ən güclü komandalar Azərbaycan Prezidentinin Kuboku uğrunda mübarizə aparıblar/ Gənclər və İdman Nazirliyi, SOCAR kompaniyası və  Şən və Hazırcavablar Klubunun Azərbaycan liqasının təşkilatçılığı ilə reallaşan gecədə ilk olaraq liqanın sədri Anar Sultanov söz alaraq hər kəsi salamlayıb və bu turnirin ölkə ictimaiyyətində vacib hadisə olduğunu bildirib.

   Daha sonra gələn tamaşaçılara Azərbaycanda Şən və Hazırcavablar Klubunun inkişafını əks etdirən maraqlı bir video çarx təqdim edilib.

“AMiK” Televiziya-Yaradıcılıq Birliyinin və Beynəlxalq ŞHK ittifaqının prezidenti Aleksandr Maslyakov gurultulu alqışlarla səhnəyə təşrif  buyurub. O, Bakıda son dəfə 18 il əvvəl olduğunu və  paytaxtımızın daha da gözəlləşdiyini bildirib.Turnirə start verməmişdən əvvəl münsiflər heyəti qonaqlara təqdim edilib. Onlar arasında yer alan Yuli Qusman xüsusi coşqu ilə qarşılanıb.

   Daha sonra Maslyakov turnirdə iştirak edəcək komandaları hər kəsə təqdim edib. İlk olaraq səhnədə yerini alan Azərbaycan Şən və Hazırcavablar komandası qeyri-adi nömrəsi ilə tamaşaçıları qəhqəhələrə boğub.Bu özəl gecənin sonunda komandalar müxtəlif mükafatlarla təltif ediliblər. Azərbaycan Prezidentinin Kuboku isə Yuli Qusman tərəfindən Aleksandr Maslyakova təqdim olunub.

 

Sahilə Aslanova

Vüsal Həşimov

 

Muz-Tv.az

 

988 - nəfər baxıb

Qeydlər (0)

Qeyd yaz
sss

    Hal-hazırda heç bir qeyd yoxdur. Siz birinci ola bilərsiniz!

Xəbər lenti